Yeni dərman hazırlanıb: Koronavirusun bütün variantlarına qarşı

Yeni dərman hazırlanıb: Koronavirusun bütün variantlarına qarşı<span class="qirmizi"></span>

Stanford Universiteti, Kaliforniya Universiteti və Harvard Tibb Məktəbinin alimləri virusa yapışan və SARS-CoV-2-nin yoluxmuş ana hüceyrə ilə birləşməsinin qarşısını alan sünbül zülalının (S-proteini) bir hissəsi əsasında molekul yaradıblar.

Publika.az xəbər verir ki, bu barədə “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunan məqalədə deyilir .

Dərman ,təkamül zamanı, demək olar ki, dəyişməz qalan virusun bir hissəsini hədəf alır, buna görə də omikron variantları da daxil olmaqla SARS-CoV-2-nin müxtəlif suşlarına qarşı təsirli olmalıdır.

Alimlər hazırda preparatı SARS-CoV-2 ilə yoluxmuş siçanlar üzərində sınaqdan keçirirlər. Gözlənilir ki, dərman inhalyasiya yolu ilə verilə bilər ki, infeksiyanın erkən mərhələsində tənəffüs yollarına daxil olsun, bu da ağır tənəffüs simptomlarının qarşısını alacaq.

Aydan

Mənbə: publika.az