Məşhur kanaldan işçilərinə TikTok qadağası

Məşhur kanaldan işçilərinə TikTok qadağası<span class="qirmizi"></span>

Britaniya Yayım Korporasiyası BBC əməkdaşlarına məxfi məlumatları qorumaq üçün Çin sosial şəbəkə tətbiqi TikTok-u iş telefonlarından silməyi tövsiyə edib.

Lent.az-ən TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi korporasiya martın 19-da işçi heyətinə göndərdiyi bildiriş dərc edərək bildirib.

“Bu qərar bütün dünya üzrə dövlət qurumlarının məxfilik və təhlükəsizliklə bağlı qaldırdığı narahatlıqlara əsaslanır,” bildirişdə deyilir: “Əgər sizin BBC şirkətinə məxsus cihazınız varsa və iş üçün TikTok-a ehtiyacınız yoxdursa, TikTok korporativ BBC cihazlarından silinməlidir. "

Mənbə: lent.az