Lavrov: "Uran mərmilərinin tədarükü Britaniya üçün pis nəticələnəcək”

Lavrov:  "Uran mərmilərinin tədarükü Britaniya üçün pis nəticələnəcək”<span class="qirmizi"></span>

“Əgər bu, həqiqətən baş versə, hadisələrin bu cür inkişafına təəccüblənmərəm. Lakin bunun onlar üçün pis nəticələnəcəyinə şübhə yoxdur”. AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Britaniyanın uranlı mərmilərin Kiyevə göndərəcəyi ilə bağlı qərarına reaksiya verərkən deyib.

Qeyd edək ki, tükənmiş uran Londonun Kiyevə tədarük edəcəyi “Challenger-2” tanklarının silahları üçün subkalibrli sursatlarda istifadə olunur. Bu təhlükəli sursat daha çox zirehdələn mərmilərdə istifadə olunur.

Xatırladaq ki, bu gün Böyük Britaniyanın müdafiə nazirinin müavini Annabelle Qoldi məlum mövzuda açıqlama verərkən mərmilərin ukraynalılara təhvil veriləcəyini rəsmən təsdiqləyib. Onun sözlərinə görə, Ukraynaya “Challenger 2” tankları ilə yanaşı, tərkibində tükənmiş uran olan zireh deşici mərmilər də veriləcək.

"Belə mərmilər müasir tanklara və zirehli maşınlara qarşı yüksək effektivliyə malikdir",- o, qeyd edib.

Tural Tağıyev

 

Mənbə: azvision.az