Başı və gözü olan ikiayaqlı robot təqdim edildi - VİDEO

Başı və gözü olan ikiayaqlı robot təqdim edildi - VİDEO<span class="qirmizi"></span>

"Agility Robotics" şirkəti ikiayaqlı "Digit" robotunun yeni versiyasını təqdim edib.
Cebhe.info xəbər verir ki, bu barədə "The Verge" nəşri yazıb.
Əvvəlki versiyasından fərqli olaraq başı və gözü olan robot artıq daha çox insana bənzədilib. Robota quraşdırılan bir cüt LED göz onun insanlarla qarşılıqlı əlaqəsini yaxşılaşdıracaq,
Şirkət 2020-ci ildə başsız robotunu təqdim edib. Robotun logistikadan tutmuş sənaye yoxlamalarına qədər müxtəlif sahələrdə faydalı olduğunu qeyd olunur. İkiayaqlı robot insanlarla bərabər bəzi vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub.
Robotun yeni versiyasına quraşdırılan sensorla təchiz edilmiş baş hissə insanlara "Digit"in hərəkətlərini daha yaxşı başa düşməyə imkan verəcək. Bundan əlavə, robotun qollarının konstruksiyası dəyişdirilib, artıq onun anbarlarda tez-tez istifadə olunan plastik qabları götürməsi və daşıması daha asan olacaq.

Mənbə: teref.az