Kiyev və bir sıra digər rayonlarda hava xəbərdarlığı elan edilib

Kiyev və bir sıra digər rayonlarda hava xəbərdarlığı elan edilib<span class="qirmizi"></span>

Ukrayna mətbuatı xəbər verir ki, pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi ilə əlaqədar Kiyevdə hava həyəcanı elan edilib.

Xeberoxu.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kiyev vilayətinin hərbi administrasiyası pilotsuz təyyarələrin hücumu təhlükəsinin olduğunu və bölgənin hava hücumundan müdafiə qüvvələrinin hazırlıq vəziyyətində olduğunu bildirib.

Kiyevdən başqa, Çerniqov, Poltava, Çerkassı, Jitomir, Sumi, Rivni, Xmelnitski, Dnepropetrovsk, Ternopil, Zaporojye, Donetsk və Kirovoqrad vilayətlərində də həyəcan təbili çalıb.

Bildirilib ki, həyəcan siqnalı verilərkən Xmelnitskdə partlayış səsləri eşidilib.

Fərahim Rəhimov


Mənbə: xeberoxu.az