Hyundai və Kia-larda nasazlıq - ABŞ-da 570 min avtomobil geri çağırılır

Hyundai və Kia-larda nasazlıq - ABŞ-da 570 min avtomobil geri çağırılır<span class="qirmizi"></span>

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, Hyundai Motor America və Kia America şirkətləri birləşdirici qurğunun naqillərindəki nasazlıqlara görə ABŞ-da 570 mindən çox avtomobili geri çağırır.

Marja xəbər verir ki, Hyundai 2019-2023 Santa Fe, 2021-2023 Santa Fe HEV və 2022-2023 Santa Fe Plug-in HEV və Santa Cruz daxil olmaqla 567 912 avtomobili geri çağırılər.

Kia da öz növbəsində keçən il və bu il istehsal etdiyi 3555 Carnival-ı geri çağırır.

Hər iki şirkətdən nəqliyyat vasitələrinin geri çağırılması qərarı, bağlayıcı naqillər modulunun elektron lövhəsində suyun yığılmasının qısaqapanmaya və yanğına səbəb ola biləcəyinə görə qəbul edilib.

Hyundai Motor Company 1967-ci ildə yaradılıb və 1999-cu ildən Hyundai Kia Avtomobil Qrupunun bir hissəsidir. Qərargah Seulda yerləşir. Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı və dünyada dördüncü böyük avtomobil istehsalçısı; minik avtomobilləri, yük maşınları və avtobuslar istehsal edir.

Kia Motors 1944-cü ildə yaradılmış Cənubi Koreya avtomobil şirkətidir. Hər il təxminən 3 milyon avtomobil istehsal edir, beş ölkədə 14 zavodu var. Şirkətdə 40 mindən çox işçi çalışır.

Mənbə: marja.az