Rusiya ordusu üçün "Kirpi" robotu hazırlanıb

Rusiya ordusu üçün  "Kirpi" robotu  hazırlanıb<span class="qirmizi"></span>

Rusiya ordusu üçün zirehli texnikaları məhv edən xüsusi robot hazırlanıb. AzVision.az xəbər verir ki, bu barədə “Spektr Engineering” konstruktor bürosunun icraçı direktoru Andrey Bratenkov məlumat yayıb. Onun sözlərinə görə bu, daha çox "yerüstü dron" kimi fəaliyyət göstərəcək və “Kirpi” adlandırılacaq.

Direktor qeyd edib ki, dron beş kiloqrama qədər yük daşıya bilir. Onun işləmə məsafəsi beş kilometrdir: “Biz xaricdə belə dronlardan istifadə təcrübəsini nəzərdən keçirdik və belə qənaətə gəldik ki, maksimum şəkildə ucuz aparat ərsəyə gətirmək lazımdır”.

Tural Tağıyev

 

Mənbə: azvision.az