KXDR Yapon dənizinə 10 dəqiqə fasiləylə ballistik raketlər buraxdı - VİDEO

KXDR Yapon dənizinə 10 dəqiqə fasiləylə ballistik raketlər buraxdı - <span class="qirmizi">VİDEO</span>

Şimali Koreya bazar ertəsi Yaponiya dənizinə doğru iki ballistik raket atıb. Raketlər 10 dəqiqəlik fasilələrlə buraxılıb.

Bu barədə Yaponiya Müdafiə Nazirliyi xəbər verib.

“Bazar ertəsi KXDR-dən buraxılan iki ballistik raket təxminən 350 km uçaraq Yapon dənizinə düşüb, maksimal uçuş hündürlüyü 50 km olub”, - deyə məlumatda vurğulanıb.

Güman edilir ki, raketlər dəyişən trayektoriya ilə uçublar.

 

Hazırda departament buraxılışla bağlı məlumatların təhlilini davam etdirir.

Raketin zərbə zonası Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda olub.

Nazirlikdən verilən məlumata görə, balıqçı gəmilərinə hər hansı ziyan dəyməsi barədə məlumat daxil olmayıb.

Eyni zamanda, “Yonhap” agentliyi buraxılışın ABŞ-Cənubi Koreyanın birgə təlimlərinə etiraz olduğunu ehtimal edir.

Qeyd edək ki, bu, artıq ilin əvvəlindən bəri onuncu raket buraxılışıdır. Sınaqların səkkizində KXDR ballistik raketlərdən istifadə edib. Fevralın 18-də və martın 16-da isə Pxenyan “Hvason-15” və “Hvason-17” qitələrarası ballistik raketlərin uğurlu buraxılışını həyata keçirib.

Mənbə: TASS

Mənbə: www.oxu.az