“WhatsApp” maraqla gözlənilən funksiyanı işə saldı - Mesaj göndəriləndən sonra...

 

“WhatsApp” yenilik üzərində işləyir.

Metbuat.az xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat yayıb. Bildirilir ki, yeni funskiya mesajların göndəriləndən sonra redaktə etməsini nəzərdə tutur. Məlumata görə, bu funksiya sayəsində istifadəçilər 15 dəqiqə ərzində mesajları redaktə edə biləcəklər. “Mesaj redaktə” funksiyası iOS cihazlarında artıq sınaqdan keçirilməyə başlanılıb. Məlumata görə, “mesaj redaktə” funksiyası daha əvvəl Android cihazları üçün test edilib.

“WhatsApp” yeni funksiyanın necə olacağı barədə də məlumat paylaşıb. İstifadəçilər mesajı göndərdikdən sonra 15 dəqiqə ərzində redaktə edə bilərlər. Lakin qarşı tərəf mesajın redaktə edildiyi bildiriləcək. Redaktə edilmiş mesajın aşağı sağ hissəsində mesajın dəyişdirildiyi yazılacaq.

 

 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Fazil Mustafanın qardaşı: “İran tərəfindən təhdid dolu rəylər yazılırdı”- VİDEO

SONRAKI XƏBƏR

"ABŞ köməyi dayandırsa, Ukrayna qalib gələ bilməyəcək" - Zelenski