"Müasir süni intellekt sistemləri vəzifə icrasında insanlardan daha rəqabətlidir"

"Müasir süni intellekt sistemləri vəzifə icrasında insanlardan daha rəqabətlidir"<span class="qirmizi"></span>

"Müasir süni intellekt sistemləri vəzifə icrasında insanlardan daha rəqabətlidir"

"Müasir süni intellekt sistemləri insanla müqayisədə ümumi vəzifələrin icrasında daha rəqabətqabiliyyətli olur..."

"Biz sivilizasiyamız üzərində nəzarətin itirilməsi riskinə getməliyikmi?.."

Mask "sivilizasiya üzərində nəzarəti itirməkdən" qorxuya düşüb və süni intellektin inkişafını dondurmağa çağırış edib

"Space-X" şirkətinin təsisçisi İlon Mask və "Apple" korporasiyasının həmtəsisçilərindən biri Stiv Voznyak açıq məktub dərc edərək, süni intellektin yeni sistemlərinin tədrisini tədris edilən modellərin cəmiyyət üçün törədə biləcəyi mümkün təhlükələr səbəbindən dayandırmağa çağırış ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "qazeta.ru" nəşri məlumat yayıb.

Mask və Voznyakın sözlərinə görə, süni intellekt laboratoriyaları getdikcə hətta yaradıcılarının özlərinin nəzarət edə bilmədikləri daha güclü "rəqəmsal ağılların" işlənib hazırlanması və tətbiq edilməsini uğrunda nəzarətsiz yarışa cəlb edilib.

"Müasir süni intellekt sistemləri insanla müqayisədə ümumi vəzifələrin icrasında daha rəqabətqabiliyyəti olur və biz özümüzə sual etməliyik:

Biz maşınlara bizim informasiya kanallarımızı təbliğat və yalanla doldurmağa imkan verməliyikmi?

Biz bütün iş yerlərini avtomatlaşdırmalıyıqmı?

Biz sivilizasiyamız üzərində nəzarətin itirilməsi riskinə getməliyikmi?" - məktub müəllifləri sual edib.

Onlar hesab edir ki, süni intellekt sistemləri insanı "ümidsizcəsinə köhnəldə" bilər və belə modelləri yalnız onların səmərəsinin müsbət olacağına, risklərin isə idarə oluna biləcəyinə əmin olduqdan sonra işlənib hazırlana bilər.

"Ona görə də biz süni intellekt laboratoriyalarına dərhal GPT-4 sistemlərindən daha güclü süni intellekt sistemlərinə təlimi heç olmasa altı aya dayandırmağa çağırırıq", - müraciətdə deyilir.

Bu müddət ərzində mütəxəssislər süni intellektin işlənib hazırlanması üçün təhlükəsizlik protokollarını qəbul etməlildir.

Məktubu mindən çox adam imzalayıb. Onların arasında süni intellekt sahəsində tanınmış alimlər-kanadalı Yoşua Benjio və britaniyalı Stüart Rassel də var.

Bundan başqa, orada OpenAI məhsulları ilə rəqabət aparan süni intellekt sistemlərini işləyib hazırlayanlar da var. Mask özü bu şirkətin təsisçisi olub, lakin 2018-ci ildə onu tərk edib, sonradan ona məxsus olan səhmləri satıb.

Bu arada isə fevralın sonunda məlumat verilib ki, İlon Mask OpenAI şirkəti tərəfindən işlənib hazırlanan ChatGPT-nin rəqibini yaratmağı düşünür.

Bunadək milyardçı süni intellekt sistemlərinin bir neçə istehsalçısına müraciət edərək yeni tədqiqat laboratoriyasının yaradılmasını təklif edib.

Mənbə: moderator.az