Öz ölümünü görmək üçün otaqlar: "Axirət haqqında çox düşünlür"

Öz ölümünü görmək üçün otaqlar: "Axirət haqqında çox düşünlür"<span class="qirmizi"></span>

Avstraliyanın Melburn şəhərindəki Viktoriya Milli Qalereyasında insanlara öldükləri zaman necə hiss etdiklərini göstərə bilən VR ölüm simulyatoru təqdim edilib.

Lent.az xəbər verir ki, bu barədə "NY Post" məlumat yayıb.

Layihənin müəllifi avstraliyalı rəssam Sean Gladuelldir.

Onun sözlərinə görə, interaktiv simulyator "iştirakçıları ürəyin dayanmasından beyin ölümünə qədər həyatın simulyasiya edilmiş deeskalasiyası vasitəsilə aparır". O, iddia edir ki, layihənin yaradılmasında “tibbi texnologiyadan” istifadə olunub.

Arzu edənlərə saxta vibrasiyalı xəstəxana çarpayısında uzanmaq və ürək döyüntüsünü ölçən cihazlara qoşulmaq təklif olunur. VR simulyatoru başının üzərində sizi əməliyyat etməyə çalışan həkimləri göstərir. Bundan sonra insan guya "kosmosa uçduğu" kimi hisslər yaşayır.

VR simulyatorunu sınaqdan keçirən bir ziyarətçi, VR-dən çıxdıqdan sonra özünü “bir az sıxılmış” hiss etdiyini və sonrakı günlərdə “axirət haqqında çox düşündüyünü” söylədi.

Mənbə: lent.az