​WhatsApp gözlənilən yeniliyi istifadəyə verdi - Artıq 60 saniyə oldu

​WhatsApp gözlənilən yeniliyi istifadəyə verdi -  Artıq 60 saniyə oldu<span class="qirmizi"></span>

 

WhatsApp tətbiqində edilən yeniliklər barədə məlumat verilib.

Metbuat.az xəbər verir ki, şirkətin açıqlamasına görə, iOS və Android prosessorlu telefonların istifadəçiləri qısa videolar paylaşa biləcəklər. Yeniliklərdən sonra foto paylaşılarkən şəklin keyfiyyətinin aşağı düşməsinin qarşısı alınıb və keyfiyyət artırılıb. Eyni zamanda, faylların göndərilməsinin həcmi də artırılıb və qrup mesajlaşmasında yeniliklər edilib. Son yeniliyə əsasən isə artıq 60 saniyəlik birdəfəlik videolar göndərmək mümkündür.

Məlumata görə, söhbət bölməsindəki sağ tərəfdəki düymə ilə qısa videoları dərhal göndərmək mümkün olacaq. Dərhal göndərilən videolar avtomatik oynatılacaq. WhatsApp tətbiqi tərəfindən edilən yenilik hələlik test mərhələsindədir.

 

 

Mənbə: metbuat.az