NASA-dan dünyaya xəbərdarlıq! - Sabah Yerə çatacaq - FOTO

NASA-dan dünyaya xəbərdarlıq! - Sabah Yerə çatacaq - FOTO<span class="qirmizi"></span>

 

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bir həftə ərzində Günəşin səthində ikinci qara ləkə aşkar edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, təxminən 20 Yer ölçüsündə olan və "koronal dəlik" adlanan bu qara nöqtə planetimiz üçün ciddi təhlükəli olmasa da, Yerə müəyyən təsir göstərə bilər.

NASA-nın ötən gün təsbit etdiyi koronal dəlik Günəşin maqnit sahəsinin kosmosa səpilməsi nəticəsində əmələ gələn bir quruluşdur. NASA tərəfindən müşahidə edilən bu qara nöqtənin planetimizə doğru saatda 2,8 milyon kilometr sürətlə hərəkət edən günəş küləyi əmələ gətirəcəyi gözlənilir.

Sabah Yerə çatacağı təxmin edilən küləklər planetin maqnit sahəsinə, peyk əlaqələrinə və texnoloji infrastruktura təsir edə bilər.

Bu, NASA-nın bir həftə ərzində müşahidə etdiyi ikinci koronal dəlikdir. Birincisi martın 23-də aşkar edilib və ABŞ-ın cənubundakı Arizona ştatında auroralar əmələ gətirib.

Günəş Fırtınası Yer üçün birbaşa təhlükə yaratmasa da, nə qədər güclü olmasından asılı olaraq, peyklərə, elektrik xətlərinə, elektron infrastruktura, internetə və GPS koordinatlarına zərər verə bilər.

Astrofotoqraf Apollo Laski verdiyi açıqlamada fırtınanın son üç gündür Günəşin Şimal Qütbündə davam etdiyini və kosmosa nəhəng maqnit qaz buludu atdığını bildirilib.

Məlumata görə, sonuncu dəfə 1859-cu ildə baş verən oxşar günəş fırtınası dövrün ən qəribə hadisələrindən biri olub.

 

Mənbə: baku.ws