TikTok "Çinin Troya atı"dır - ABŞ-dan İDDİA

TikTok "Çinin Troya atı"dır - ABŞ-dan İDDİA<span class="qirmizi"></span>

ABŞ hökuməti TikTok-un milli təhlükəsizliyə potensial təhlükə mənbəyi ola biləcəyi ilə bağlı məsələləri müzakirə etməyə davam edir.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin kibertəhlükəsizlik şöbəsinin rəhbəri Rob Joyce TikTok-u “Çinin Troya atı”adlandırıb. Onun fikrincə, sözügedən sosial şəbəkə uzunmüddətli perspektivdə ölkənin milli təhlükəsizliyi üçün böyük risklərə sahibdir. Rob Joyce bildirib ki, ABŞ hökuməti TikTok-un sahibi olan ByteDance şirkətini ciddi şəkildə nəzarətdə saxlamalıdır.

Qeyd etmək lazımdır ki, ABŞ hökuməti və amerikalı kibertəhlükəsizlik mütəxəssisləri TikTok barəsində narahatlıqlarını dəfələrlə dilə gətiriblər. Onların hamısı ByteDance şirkətinin TikTok-un 150 milyonluq amerikalı istifadəçi kütləsinin məlumatlarını emal etməsindən narahatdırlar. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə ABŞ hökuməti dövlət qulluqçularına xidməti cihazlarda TikTok-dan istifadəni qadağan etmişdi.

Mənbə: lent.az