Yupiterdə həyat axtarışları başlayır

Yupiterdə həyat axtarışları başlayır<span class="qirmizi"></span>

Avropa Kosmik Agentliyi (ESA) ən böyük planet olan Yupiterdə həyat axtarışına başlayır.

BAKU.WS xarici mətbuata istjnadən xəbər verir ki, ESA-nın kosmik gəmisi Yupiterin üç peykində həyatın olub-olmadığını aşkar etmək üçün aprelin 13-də kosmosa göndəriləcək.

Bildirilir ki, 1,4 milyard funt sterlinq qiyməti olan kosmik gəmi ilk dəfə 400 il əvvəl italyan astronom Qalileo Qaliley tərəfindən müşahidə edilən Yupiterin “Qanymede”, “Europa” və “Callisto” peyklərinin donmuş okeanlarını tədqiq edəcək.

Məlumata görə, kosmik gəminin Yupiter səyahəti 8 il çəkəcək. Onun yerə çatma tarixi 2031-ci ilə təsadüf edəcək. Araşdırmaçılar peyklərdə su tapacaqlarına ümüd edirlər.

Mənbə: baku.ws