Marsda tarixi anlar – NASA yeni görüntülər paylaşdı-VİDEO

Marsda tarixi anlar – NASA yeni görüntülər paylaşdı-<span class="qirmizi">VİDEO</span>

ABŞ-ın Milli Kosmik və Aviasiya Agentliyinin (NASA) məlumatına görə, “İngenuity” helikopteri bu yaxınlarda Marsda 50-ci uçuşunu həyata keçirib.

“AzPolitika.info” xəbər verir ki, Marsa göndərilən kiçik helikopter aprelin 13-də 1057,09 fut (322,2 metr) məsafəni 145,7 saniyəyə qət etməyi bacarıb.

NASA-dan bildirilib ki, bu, sadə bir uğur kimi görünsə də, əslində bəşəriyyət 2021-ci ilə qədər başqa bir planetdə motorlu nəqliyyat vasitəsinin uçuşunu gerçəkləşdirə bilməyib.

NASA “İngenuity”-nin 47-ci uçuşuna dair görüntüləri də yayımlayıb:

Mənbə: azpolitika.info