İsrail xaricə texnologiya satışı tələblərini yüngülləşdirir

İsrail xaricə texnologiya satışı tələblərini yüngülləşdirir

Kibersilahların, yaxud casusluq proqramlarının əsas təchizatçısı kimi tanınan İsrail xaricə texnologiya satışı tələblərini yüngülləşdirir.

“Reuters” agentliyi yazır ki, 2027-ci ilədək hücum xarakterli kibersistemlərə qlobal təlabat 39 faiz yüksələrək 9,7 milyard dollara çatacaq. Bunu “Market Forecast” müdafiə tədqiqatları qrupu bildirir. Qrup Birləşmiş Ştatlar, İsrail və Avropa Birliyi şirkətlərinin bazarda üstünlük qazandığını qeyd edir.

Sözügedən sənayeyə yaxın bir mənbənin bildirməsinə görə, İsrail ildə yüzmilyonlarla dollarlıq kiberhücum alətləri ixrac edir. Bu ölkənin kibertəhlükəsizlik ixracının dəyəri isə 7 milyard dollardır. Bu ixracda müdafiə texnologiyası üstünlük təşkil edir və qlobal bazarın təxminən 10 faizini tutur.

2019-cu ildə İsrailin kiber startapları 539 milyon dollar qazanıblar. Ötən il bu rəqəm 828 milyon dollar olub. “Tracxn Technologies”şirkətinin məlumatına görə, bu göstəricilərə hücum və müdafiə texnologiyası daxildir.

Londonda mənzillənən “Privacy International” xeyriyyə təşkilatı isə dünyada nəzarət texnologiyası sahəsində İsralin ilk beşlikdə yer aldığını bildirir. Bu cür sistemlərin satışıyla 27 şirkət məşğul olur. (azadliq.org)

Mənbə: strateq.az