İlon Mask Marsa atom bombası atmaq fikrindən daşındı

İlon Mask Marsa atom bombası atmaq fikrindən daşındı

“SpaceX” şirkətinin rəhbəri, məşhur biznesmen İlon Mask Marsa atom bombası atmaq fikrindən daşınıb.

“Yeni Sabah” xarici mediaya əsasən bildirir ki, o, Marsla bağlı yeni planları olduğunu bəyan edib.

Belə ki, Maskın yeni planı nəhəng aynalarla planetin səthini isitməkdir. Onun fikrincə, bu üsulla güclü atmosfer qatı yaratmaq olar.

Alimlər də hesab edirlər ki, planetin buzlu ərazilərinin altında çoxlu karbon qazı ehtiyatı var. Bunu isə planetin səthini isitməklə üzə çıxarmaq mümkündür. Lakin atmosfer yaratmaq üçün kifayət qədər qazın olub-olmaması müzakirə mövzusudur.

Xatırladaq ki, Mask bir müddət öncə Marsda atmosfer yaratmaq üçün planetə atom bombası atmaq haqda fikirləşdiyini açıqlamışdı.

Sabrina

Mənbə: yenisabah.az