Mars planetinin peykinin indiyə qədərki ən aydın görüntüləri - FOTO

Mars planetinin peykinin indiyə qədərki ən aydın görüntüləri - <span class="qirmizi">FOTO</span>

Phobos və Deimos adlı iki peyki olan Mars planetinin Deimos peykinin ən aydın görüntüləri paylaşılıb.

BAKU.WS xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Amal kosmik gəmisi keçən ay Deimosdan 62 mil (100 kilometr) məsafədə uçub və fotoşəkillər bazar ertəsi yayımlayıb.

Ərəbcə “Ümid” mənasını verən Amal gəmisinin uçuşu, təxminən yarım əsr ərzində bir kosmik gəminin Deimosa gəldiyi ən yaxın uçuş məsafəsi olub.

Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri sabah Avropa Geofizika İttifaqının konfransında nəticələrinin təfərrüatlarını paylaşacaq.

BAKU.WS

Mənbə: baku.ws