İnformasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri araşdırılır

İnformasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri araşdırılır

Bakı, 23 avqust, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri araşdırılır, eləcə də elektron elm mühitinə kiberfiziki sistemlərin inteqrasiyası məsələləri tədqiq olunur.

Bu barədə institutun növbəti elmi seminarında məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari ildə şəbəkə mühitində texniki nasazlıqların diaqnostikası üçün ekspert sistemləri yaradılmasının arxitektura-texnoloji prinsipləri işlənilib, ekspert diaqnostik sistemlərin model və metodları analiz edilib. Texniki sistemlərdə diaqnostika aparılıb, simsiz şəbəkə sistemlərinin müasir vəziyyəti və inkişaf tendensiyaları, mikroprosessor arxitekturasında istifadə olunan yeni yanaşmalar araşdırılıb.

Mənbə: azertag.az