Günəş paneli ilə işləyən yol ürəkaçan olmadı

Günəş paneli ilə işləyən yol ürəkaçan olmadı

Fransada çox bəyənilən günəş paneli yolu layihəsi, 2016-cı ildə açılanda maraq oyandırsa da gözləntilər çox geridə qaldı.

Milli.Az chip.az-a istinadən bildirir ki, Wattway adlanan bu layihə 1 kilometrlik yolu əhatə edir. Normandiyada 2800 ədəd olan günəş panelinin toplam dəyəri 5 milyon dollardır. Layihənin məqsədi isə günəş enerjisi ilə yaşıl bir mühit yaratmaq idi.

Yaranan problemlərin ən başlıcası nəqliyyat vasitələrinin ağırlığına görə günəş panellərinin zərər görməsidir. Yolun üzərinə qoruyucu təbəqə yerləşdirən Fransız inşaat şirkəti daha böyük yük avtomobillərin belə zərər verməyəcəyini açıqlamışdı. Lakin buna baxmayaraq təbəqə parçalanaraq gözləntiləri doğrultmamışdı.

İkinci böyük problem panellərin gözlənilən elektrik enerjisini istehsal etməməsi idi. Günəş paneli yolu ildə təxminən 150.000 kVt elektrik enerjisi istehsal ediləcəyi gözləntisi ilə inşa edilib, lakin 2018-ci ildə yolun istehsal etdiyi elektrik enerjisi 80.000 kVt -dən az idi.

Normandiyada il boyu günəş şüaları çox düşsə də bu kimi hallar baş verir. Günəş panelləri yola inşa dildikdə düz bir şəkildə inşa edildikləri üçün tam olaraq işləmir. Ağaclardan düşən yarpaqlar və nəqliyyat vasitələri günəş şüalarının qarşısını alır və nəticədə panellərin səmərəliliyi daha da azaldır.

Milli.Az

Mənbə: news.milli.az