DSX silahlanmasında lazerlə idarəolunan silahlarla istifadə üçün PLDR III

DSX silahlanmasında lazerlə idarəolunan silahlarla istifadə üçün PLDR III

DSX Azərbaycanın digər güc strukturları kimi, İsrail şirkətlərinin məhsullarından geniş istifadə edir. Bunlardan biri də "Elbit Systems" şirkətinin istehsal etdiyi PLDR-III, yəni “Portable Lightweight Designator/Rangefinder III”- Daşınan Yüngül lazer İşarələyici/Məsafəölçənidir. Bu cihaz şirkətin elektro-optik avadanlıqları siyahısında xüsusi yer tutur.

“Elbit Systems”in görmə gücü bu gün bazarda olan ən qabaqcıl elektro-optik əsaslı sistemlərin bəzilərini özündə ehtiva edən bir neçə növ məhsuldan və sistem səviyyəli portfeldən qaynaqlanır. “Elbit Systems”in ISTAR bölməsinin EO sistemləri kosmik, hava, quru və dəniz qurğuları üçün dizayn edilib ki, bu da müştərilərə döyüş meydanında ortaya çıxan çətinliklər zamanı bir sıra üstünlüklər təmin edir.

Bu sistemlərə kosmik, hava, dəniz və quru əsaslı missiyaları həyata keçirən təyyarələrin müdafiəsi üçün nəzərdə tutulan birbaşa infraqırmızı əks-tədbir sistemlərindən tutmuş, qabaqcıl nişanalma sistemləri, lazerlər, termal görüntüləmə sistemləri, HLS həllər, kəşfiyyat, nəzarət və müşahidə üçün yerüstü sistemlərə inteqrasiya edilən müşahidə və gecəgörmə sistemlərinə qədər müxtəlif cihazlar daxildir. Şirkətin müxtəlif EO məhsulları və sistemləri ABŞ-ın Dəniz piyadaları, donanması, bir neçə NATO ordusu, İsrail Müdafiə Qüvvələri və digər müasir müdafiə və daxili təhlükəsizlik qüvvələri tərəfindən uğurla istifadə edilir. Bütün bunlar Azərbaycan DSX-nin “Elbit Systems” şirkətinin EO məhsularından, yəni PLDR III cihazlarından istifadə etməsinin heç də təsadüfi olmadığını göstərir.

Bu cihaz operatora idarəolunan lazer başlıqlı raketləri, bombaları və artilleriya sursatlarını birbaşa hədəfə yönəltməyə imkan verir. Daşınan və işarələyici/məsafəölçənə malik PLDR III, lazerlə idarəolunan silahlarla istifadə üçün nəzərdə tutulur. Sistemdə mövcud olan CORAL-LS termal görüntü şəbəkəsi gecə və gündüz, həmçinin məhdud görmə şəraitində hədəfləri aşkarlayır ki, bu da PLDR vasitəsilə gecə və gündüz lazer aşkarlama sistemini formalaşdırmağa imkan verir. Əlavə olaraq, PLDR sistemi aşkar edilən hədəfləri “Torch-D” yüklənən RAPTOR kimi xarici qurğulara ötürmə özəlliyinə də malikdir.

Uzaqmənzilli lazer işarələmə/məsafəölçmə qabiliyyətli PLDR III, bütün növ lazerlə idarəolunan döyüş sursat növləri üçün uyğundur. Kompakt dizayna malik cihazda lazer spot kamera və video ekran da mövcuddur.

6.7 kq ağırlığında olan PLDR III tamamilə fərqli bir səviyyəyə malikdir. Bir tank tipli hədəf üçün lazerlə işarələmə üçün məsafə 5 km, bina üçün 10 km-dir, lazer impulsunun enerjisi isə 50 ilə 70 milicoul arasında tənzimlənir. Kompleksdə 8 dəfə böyütməyə və 5.6° görüntü sahəsinə malik olan nişangah (görüntü sahəsi 2.5 ° olan lazer nöqtəli müşahidə kamerası) mövcuddur, görüntü isə 3.5 düymlük ekranda göstərilir.

PLDR III daxili GPS qəbuledicisi, elektron kompas və hədəflərin koordinatlarını hesablamaq üçün taktiki bir kompüterə malikdir, əlavə qurğuların quraşdırılması üçün iki “Pikatinni” lövhəsi də mövcuddur. Kompleks uzaqmənzilli hədəfləri göstərmək üçün nəzərdə tutulur, onun dəstinə panorama başlıq və yüngül üçayaq da daxildir. Bu hədəf göstərən cihazı bir neçə ölkə, o cümlədən 2011-ci ildə onu ABŞ, Dəniz Piyada Korpusu üçün AN/PEQ-17 adı altında satın alıb.

PLDR III elektro-optik cihazların digər modellərdən üstün cəhətləri:

- Diod texnologiyasına əsaslanır;

- Əsgər üçün portativ sistem olaraq daşınması rahatdır;

- Geniş işçi diapazonunda fəaliyyət göstərir;

- Özünü isbatlayan CORAL-LS artırılmış mənzil imkanlarına əsaslanır;

- Uzaqmənzilli 1.06 μm “gör-tanı” qabiliyyətinə malikdir;

- Bütün GLD modellərinə (PAL, PLLD, PLDR, “Serpent”) uyğun gəlir;

- Digər GLD-lərə adaptasiya edilə bilir;

- GLD datası CORAL–LS displeyində əks olunur;

- Yüngül və kompaktdır;

- Qabaqcıl InSb FPA detektora və aşağı akustik səs göstəricilərinə malikdir.

Mənbə: ordu.az