“SpaceX” “Starlink” internet peyklərinin 15-ci partiyasını orbitə buraxıb

“SpaceX” “Starlink” internet peyklərinin 15-ci partiyasını orbitə buraxıb<span class="qirmizi"></span>

“SpaceX” ilin əvvəlindən bəri “Starlink” internet peyklərinin sayca 15-ci partiyasını orbitə buraxıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

Bildirilib ki, “Falcon 9” raket daşıyıcısı orbitə 51 “Starlink” peyki çatdırıb.

Qeyd edək ki, “Starlink” şəbəkəsi 260 kq ağırlığında çoxlu sayda cihazları yerləşdirməklə internetə çıxış təmin etmək üçün nəzərdə tutulub. “SpaceX”in hesablamalarına görə, ümumilikdə 11 min peykin orbitə çıxarılması və istismara verilməsi 10 milyard dollara başa gələcək. Şirkət qeyd edib ki, o, 5G standartına uyğun olan saniyədə 1 giqabit sürətlə genişzolaqlı internetə çıxış təmin edə biləcək. “SpaceX” 2019-cu ilin may ayından etibarən təxminən 4400 “Starlink” peykini orbitə çıxarıb.

Mənbə: report.az