"Twitter" sayəsində 24 saata MİLYONÇU OLDU

"Twitter" sayəsində 24 saata MİLYONÇU OLDU<span class="qirmizi"></span>

Amerikalı kripto-bloqer və "Not Larva Labs" NFT bazarının yaradıcısı Ceremi Cahen bir gündən az müddətdə bir milyon dollar qazanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sadəcə "Twitter" səhifəsində mem və ETH ünvanını yerləşdirməklə "Ethereum" altkoinlərini əldə edib.

Tvit mayın 30-da kriptovalyuta cəmiyyətində "PAULY" təxəllüsü ilə tanınan bloqerin mikrobloqunda yer alıb. Bu, 1971-ci ildə çəkilmiş "Willy Wonka və Şokolad Fabriki" filmindən çəkilmiş kadrlardan ibarət olub.

Heç kimin abunəçilərin göstərilən ünvana "efir" atmağa başlayacağını düşünməsi ehtimalı azdır. Lakin tezliklə Kahen yeddi dəqiqədən sonra ona 76 dollar dəyərində 0,04 ETH köçürüldüyünü bildirib. Və 17 saatdan sonra təxmini dəyəri bir milyon dollardan çox olan 541 ETH var idi.

Bununla belə, digər istifadəçilər hazırda ianə toplamaqda davam edən bloqer üçün seviniblər. İyunun 1-nə onun artıq 662 ETH var, yəni cari məzənnə ilə 1 231 180 dolları.

Mənbə: lent.az