"WhatsApp” böyük dəyişimin astanasında - “ChatGPT” gəlir

"WhatsApp” böyük dəyişimin astanasında -  “ChatGPT” gəlir<span class="qirmizi"></span>

Meta şirkəti yeni süni intellektə yönəlmiş vasitələrin tətbiqiilə bağlı toplantı keçirib.

Metbuat.az xəbər verir ki, “New York Times”a danışan şirkət işçilərinin sözlərinə görə, “Messenger” və "WhatsApp” üçün “ChatGPT” kimi chatbotlar da daxil olmaqla, yeni məhsullar nəzərdən keçirilib. Məlumata görə, şirkətin baş qərargahında keçirilən görüşdə Baş Texnologiya Direktoru Endryu Bosvort məhsul üzrə mütəxəssis Kris Cox və icraçı direktor Mark Zukerberq yeni layihələrlə bağlı fikirləri dinləyib. Şirkət sözçüsü bildirib ki, Meta yeniliklər üzərində işləyir.

Qeyd edək ki, Meta şirkəti bundan əvvəl yeniliklər üçün ildə 10 milyard dollardan çox pul sərf etsə də, “Google”, “Microsoft” və “Snapchat” kimi rəqiblər süni intellekt vasitələrini işə salmaqla daha çox investorun diqqətini çəkib.

 

Mənbə: metbuat.az