Bundan sonra “Telegram”da da pul qazanacaqsınız

Bundan sonra “Telegram”da da pul qazanacaqsınız

“Telegram” messencerində min nəfərdən çox auditoriyaya sahib ictimai kanalların adminləri üçün monetizasiya tətbiq edilib.

Bu barədə informasiyanı Telegram”ın yaradıcıları yayıb.

Onların sözlərinə görə, yenilik mükafatları komissiyasız geri əldə etməyə imkan verəcək, pul həm də messencerdəki reklamlara, kolleksiya ünvanlarına və ya premium abunəçiliyin əldə edilməsinə xərclənəcək.
Kanal sahibləri üçün vəsaitin əldə edilməsi qarşıdan gələn həftələrdə “Fragment” platformasında mümkün olacaq.

Mənbə: bizim.media