Ombudsman: Bir gündə 2000 pasiyent Narkoloji Mərkəzə yerləşdirilməsi üçün növbə gözləyirdi

Ombudsman: Bir gündə 2000 pasiyent Narkoloji Mərkəzə yerləşdirilməsi üçün növbə gözləyirdi

Bir gündə 2000 pasiyent Narkoloji Mərkəzə yerləşdirilməsi üçün növbə gözləyirdi.

Bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi mövcuddur: "Ötən il başçəkmə zamanı bir gündə 2000 pasiyentin Respublika Narkoloji Mərkəzə yerləşdirməklə bağlı növbə gözlədiyi məlum oldu. Aidiyyəti qurumları bu istiqamətdə zəruri tədbirlər görməyə çağırıram".

 

Mənbə: report.az