Dezinformasiyanı aşkarlayan proqramın fəaliyyəti dayandırılır

Dezinformasiyanı aşkarlayan proqramın fəaliyyəti dayandırılır

“Meta” yalan xəbərləri aşkar edən “CrowdTangle” proqramının fəaliyyətini dayandıracaq.

Bu barədə “Figaro” məlumat yayıb.

Bildirilib ki, şirkət bunu avqustun 14-dən tətbiq edəcək. Əvəzləyici yeni proqramın olacaı deyilsə də, onun işə salınacağı vaxt barədə məlumat verilməyib.

Qeyd edək ki, “CrowdTangle” proqramı feysbuk və instaqramda yalan xəbərləri, zorakılığın təbliğini vaxtında aşkara çıxarmağa imkan verir. Proqramdan ən çox jurnalistlər və tədqiqatçılar istifadə edirlər.

Mənbə: qafqazinfo.az