İspaniya Ukraynaya belə yardım edir

İspaniya Ukraynaya belə yardım edir

İspaniya Ukraynaya 4 günə “Patriot” raketləri, həmçinin zirehli texnika və “Leopard” tanklarının göndərəcək.

Bu barədə İspaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bunlarla yanaşı, iki aya ölkə Kiyevə pulemyotlar, maddi-texniki təchizat maşınları, zirehli transportyorlar, tank əleyhinə silahlar da göndərəcək. Ondan sonra isə 155 və 120 millimetrlik sursatların tədarükü də planlaşdırılır.

Mənbə: qafqazinfo.az