“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək

“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək

Məşhur “WhatsApp” messencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq.

Bu barədə "WABetaInfo" portalı yazır.

Bildirilir ki, proqramda söhbətlər üçün “Sevimlilər” bölməsi olacaq. Bu kateqoriyaya lazımi dialoqları messencer parametrlərindən və ya pəncərənin özündən əlavə edə bilərsiniz.

"WABetaInfo" tərtibatçıları qeyd ediblər ki, yeni funksiya mühüm həmsöhbətlərdən gələn mesajları qaçırmamağa imkan verəcək. Yeni funksiya gələcək proqram yeniləməsində Android əməliyyat sisteminə əsaslanan cihazlar üçün əlçatan olacaq.

Daha əvvəl bildirilmişdi ki, “WhatsApp” istifadəçiləri bir-birinə video mesaj göndərə biləcəklər. Qeyd olunub ki, hazırda bir alıcı üçün videoları digərinə göndərmək mümkün deyil.

Hüseyn İbadlı

Mənbə: publika.az