Xəstəliklərə Nəzərət və Profilaktika Mərkəzi e-siqaretlərlə bağlı fövqəladə vəziyyət elan edib

Xəstəliklərə Nəzərət və Profilaktika Mərkəzi e-siqaretlərlə bağlı fövqəladə vəziyyət elan edib

Federal səhiyyə rəsmiləri electron siqaretlərin səbəb olduğu ağciyər xəstəliklərinin qarşısını almaq üçün fövqəladə tədbirlər görməyə başlayıb.

Xəstəliklərə Nəzarət və Pofilaktika Mərkəzi (CDC) bildirib ki, Fövqəladə Əməliyyat Mərkəzini aktivləşdirmək ekspertlərə idarənin “xalqı sağlamlığa ciddi təhlükə yaradan bu alətdən qorumağa çalışan” işçiləri əlavə dəstəklə təmin etməyə imkan yaradır.

CDC elektron siqaretlər səbəbilə yarandığı təsdiq olunan və ya şübhələnilən ciyər xəstəliklərinə yoluxmuş, dünyasını dəyişən 6 nəfər də daxil olmaqla 380 insanlar bağlı araşdırma aparır.

"Elektron siqaretlər ölümcül dərəcədə qüsurlu məhsuldur. Onlar tamamilə nizamlanmayanadək bazardan qaldırılmalıdır. İnsanlar hər dəfə onu alanda öz bədənləri ilə rus ruleti oynayır" – deyə, Harvardın Tibb Məktəbindən Dr. Conatan Vinikoff bildirib.

Bu cihazlar tütünlü siqaretlərin daha təhlükəsiz alternativi olaraq satılırdı. Federal nizamlayıcılar e-siqaretlərin ən böyük istehsalçısı JUUL-u bu cür iddialar etməməyə çağırıb, çünki bu iddialar təsdiq olunmayıb.

Kaliforniya ştatı ştat boyu gənc insanların elektron siqaret vərdişindən qurtarmaq üçün 20 milyon dollarlıq kampaniya başladır.

Nyu Yorkun qubernatoru Endrü Kuomo deyib ki, ştatın səhiyyə komissarı meyvə və konfet tamında e-siqaretləri qadağan etməyi planlaşdırır. Çikaqonun meri Lori Laytfut da bənzər planlarının olduğunu açıqlayıb.

Mənbə: www.amerikaninsesi.org