"Twitter" BƏƏ-yə məxsus minlərlə hesabı bağladı

"Twitter" BƏƏ-yə məxsus minlərlə hesabı bağladı

Eastnews.org-un verdiyi xəbərə görə, "Twitter" mikrobloq servisi, digər dövlətlərə informasiya hücumları səbəbilə BƏƏ və Misirdən olan 4 mindən çox hesabın işini dayandırdı.

“Biz BƏƏ-dən olan xüsusilə Qətər və Yəmənə qarşı fəaliyyət göstərən 4258 hesabdan ibarət olan qrupun işini dayandırdıq. Bu hesablar mütəmadi olaraq uydurma adlardan istifadə edərək Yəməndəki vətəndaş müharibəsi, "Husilər" hərəkatı barədə olan regional problemlərdən yazıblar”, - deyə “Twitter” bildirib.

Bununla yanaşı “Twitter” BƏƏ və Misirdə qeydiyyatdan keçən 267 hesabın işini dayandırıb. Bu hesabların Qətərə və İrana qarşı və bir sıra digər ölkələrə qarşı informasiya hücumlarında istifadə edildiyi qeyd edilib.

“Twitter” bu hesabların BƏƏ və Misirdə fəaliyyət göstərən “DotDev” adlı xüsusi şirkət tərəfindən yaradıldığını və idarə olunduğuna dair dəlil tapdığını iddia edib. Qeyd olunur ki, “DotDevin” “Twitter” hesabı bloklanıb.

 

Mənbə: eastnews.org