Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? - SİYAHI

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? -

2024-cü ilin aprel ayının nəticələrinə görə “Instagram” sosial şəbəkəsi Azərbaycan istifadəçiləri arasında davamiyyətə görə birinci yerdədir.

Bizim.Media xəbər verir ki, bu barədə "Statcounter Global Stats" məlumat yayıb.

Statistikaya görə, bu ilin aprel ayında Azərbaycanda “Instagram”dan istifadə 32,48% təşkil edib.

Digər sosial şəbəkələrə girişlər aşağıdakı kimidir:

“Facebook” – 21,15%, “Pinterest” – 20,96%, “YouTube” – 12,6%, “X” (Twitter) – 8,29% və “LinkedIn” – 1,52%.

Bizim.Media

Mənbə: bizim.media