Bütün dünya iyunun üçüncü gününü gözləyir: Azərbaycanda görünəcək?

Bütün dünya iyunun üçüncü gününü gözləyir: Azərbaycanda görünəcək?

Təxminən iki həftədən sonra "Planetlərin böyük Parad"ı müşahidə olunacaq. Bütün dünya iyunun üçüncü günü nadir və möhtəşəm bir hadisəyə şahidlik edəcək.

Publika.az xəbər verir ki, həmin gün altı planetin düz xətt üzrə düzüləcəyi və səmada görünəcəyi deyilir. Merkuri, Mars və Yupiteri adi gözlə, qalan planetləri isə teleskopla izləmək mümkün olacaq.

Maraqlıdır, tarixi və nadir hadisəni ölkəmizdə izləmək mümkün olacaq?

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov Publika.az-a bildirib ki, “Planetlər Parad”ını dünyanın istənilən nöqtəsindən, o cümlədən Azərbaycandan izləmək mümkün olacaq.

Professor bildirib ki, elmi əhəmiyyət kəsb etmədiyinə görə ölkəmizdə bu hadisəyə xüsusi bir maraq yoxdur.

“Necə ki, ay doğur-batır, eləcədə planetlər öz hərəkətindədir. İlin müəyyən vaxtlarında da planetlərin düzülüşü baş verir. Burda qeyri-adi bir hal olmadığı üçün bizdə bu hadisəyə bir o qədər də önəm verilmir. “Planetlər Parad”ını daha çox həvəskar astronomlar, astronomik şəkil çəkmək üçün fotoqraflar həvəslə izləyirlər”, - deyə, Nəriman İsmayılov bildirib.

Qeyd edək ki, bizdən fərqli olaraq dünyanın bir sıra ölklərində bu kimi hadisələr böyük həvəs və maraqla izlənilir. “Planetlərin böyük paradı” iki həftədən sonra sübhə doğru baş tutacaq.

Cəmilə

Mənbə: publika.az