NASA-nın ilan robotu bu planeti kəşf etməyə hazırlaşır

NASA-nın ilan robotu bu planeti kəşf etməyə hazırlaşır

NASA-nın kosmosun tədqiqi üçün hazırladığı innovativ texnologiyalardan biri olan ilan robotları diqqət mərkəzindədir.

Publika.az xəbər verir ki, ilan robotları çevik quruluşu sayəsində dar və maneəli məkanlarda asanlıqla hərəkət edə bilir. Bu xüsusiyyətlər xüsusilə Mars kimi səthi düz olmayan planetlərdə kəşfiyyat üçün idealdır.

Ənənəvi təkərli və ya ayaqlı robotların çatmaqda çətinlik çəkdiyi yerlərdə bu robotlar asanlıqla irəliləyə və ətraflı məlumat toplaya bilir.

Mənbə: publika.az