Nazir müavini: Sosial şəbəkələrdə kriminalın təbliğ edilməsi narahatlıq doğurur

Nazir müavini: Sosial şəbəkələrdə kriminalın təbliğ edilməsi narahatlıq doğurur

Sosial şəbəkələrdə kriminalın birbaşa və ya dolayı yolla təbliği kimi neqativ hallar narahatlıq doğurur.

Bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı Oqtay Kərimov "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.

O, bununla bağlı Audiovizual Şura, Reklam Agentliyi və digər qurumlara çağırış edib:

"Bu qurumların qarşılıqlı əlaqəsi çərçivəsində televiziya, sosial şəbəkə hesabları, eləcə də reklam lövhələrində insanların diqqətini cəlb edəcək videoçarxlar, uşaq verlişləri, bilik və idman yarışları, qısametrajlı filmlərin daha da geniş səpkidə yayımlanması məqsədəmüvafiq olardı".

Mənbə: report.az