Mask gələcək müharibələrlə bağlı PROQNOZ VERDİ - Kim qalib gələcək?

Mask gələcək müharibələrlə bağlı PROQNOZ VERDİ - Kim qalib gələcək?

Gələcək müharibə və hərbi münaqişələrdə həlledici rol oynayacaq pilotsuz təyyarələrin keyfiyyətindən çox şey asılı olacaq.

Bu proqnozu amerikalı sahibkar və iş adamı İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində verib.

"Gələcəkdə müharibələr həqiqətən də pilotsuz təyyarələrin müharibələri olacaq", - deyə İlon Mask qeyd edib.

“Dəqiq desək, bu, bir ayda istehsal olunan dron sayının öldürülən insanların orta sayına vurulmasıdır. Ən çox xal toplayan tərəf qalib gəlir”, - deyə o əlavə edib.

Mənbə: publika.az