Təyyarələrin səmada buraxdığı ağ izlər tarixə qovuşacaq

Təyyarələrin səmada buraxdığı ağ izlər tarixə qovuşacaq

Araşdırmalara görə, təyyarələrin səmada buraxdığı uzun ağ izlər artıq tarixə qovuşacaq.

Bu, SAF (Sustainable Aviation Fuel) adlanan Dayanıqlı Aviasiya Yanacağı sayəsində baş tutacaq.

SAF bərpa olunan mənbələrdən əldə olunan və ənənəvi qalıq yanacaqlarla qarışdırılaraq istifadə edilən yanacaq növüdür. Hazırda bütün təyyarələr 50 faiz SAF və 50 faiz qalıq yanacaq qarışığı ilə uça bilir. Məqsəd 2030-cu ilə qədər bütün təyyarələrin 100 faiz SAF ilə uça bilməsini təmin etməkdir.

Təyyarələrin buraxdığı bu kondensasiya izləri iqlim dəyişikliyinə səbəb olan amillərdən biridir. SAF-dan istifadə bu izlərin əmələ gəlməsini azaltmaqla iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynaya bilər.

Roza Şəfiyeva

Mənbə: publika.az