Bəzi sərnişin təyyarələri saxta titandan hazırlanır - İDDİA

Bəzi sərnişin təyyarələri saxta titandan hazırlanır -

“Boeing” və “Airbus” təyyarə istehsalçılarının tədarükçüsü tərəfindən qeyd edildiyi kimi, təyyarələrin bəzi komponentləri materialın həqiqiliyini təsdiq edən saxta sənədlərdən istifadə edilməklə satılan titandan hazırlanıb.

Bildirilib ki, bu hadisə ilə bağlı ABŞ Federal Aviasiya İdarəsi (FAA) araşdırmalara başlayıb. Saxtalaşdırılmış sənədlərlə bağlı təhqiqatı “Boeing” üçün füzelajlar və “Airbus” üçün qanadlarla təchiz edən “Spirit AeroSystems” şirkəti həyata keçirib.

Qeyd edilib ki, istintaq təyyarə hhissələrinin tədarükçüsünün materialda korroziya nəticəsində yaranan kiçik dəliklər aşkar etdikdən sonra başlanılıb.

Mənbə: bizim.media