Pentaqon Süni Zəka yarışında rəqiblərindən geridə qalır

Pentaqon Süni Zəka yarışında rəqiblərindən geridə qalır

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Xüsusi Döyüş Komandanlığının keçmiş rəhbəri Brian Losey bildirib.

O qeyd edib ki, süni intellekt nəticələrin saysız-hesabsız ola biləcəyini tez bir zamanda çeşidləmək və mümkün olan ən yaxşı tədbirləri təklif etmək potensialına sahibdir.

“Naməlum obyektlərlə qarşılaşdığımız üçün çox sayda insan itiririk. Bir yerə girdiyimiz zaman düşmənlərin orada olub-olmadığını və qarşılaşmamızdan əvvəl təhdidlərin olub-olmadığını lazımınca görə bilmərik. Buna görə çox itkilər verdik. İtkilərin azaldılması üçün süni zəkaya malik robotlardan istifadə etmək olar”, - deyə sabiq komandir bildirib.

Onun sözlərinə görə, ABŞ-ın bu sahədə həlledici üstünlüyü yoxdur, Rusiya isə süni zəkanın inkişafı üzərində fəal işləyir.

Sevinc Əliyeva

Mənbə: ordu.az