ÜST-dən həyəcan təbili: 1,8 milyard insanın həyatı təhlükədə

ÜST-dən həyəcan təbili: 1,8 milyard insanın həyatı təhlükədə

Ümumdünya Səhiyyə Təşkilatı qlobal fiziki fəaliyyət və məşq nisbətləri haqqında hesabat dərc edib.

Hesabata görə, 2022-ci ildə dünyada 1,8 milyard insan, yəni hər üç yetkin insandan biri kifayət qədər fiziki fəaliyyətlə məşğul deyil.

Hərəkətsizlik nisbətləri son on iki ildə həyəcanverici dərəcədə artıb.

2010-2022-ci illər arasında insanlarda hərəkətsizlik nisbəti 5 faiz artıb.

Hesabatda hərəkətsizliyin infarkt, insult, 2-ci tip diabet və xərçəng kimi xəstəliklərə səbəb olduğu vurğulanıb.

Qlobal hərəkətsizlik nisbətinin qadınlarda 34 faiz, kişilərdə 29 faiz olduği, bəzi ölkələrdə bu fərqin yüzdə 20-yə çatdığı bildirilib.

ÜST insanlara həftədə 150 ​​dəqiqə güclü fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edib.

Gülnar

Mənbə: publika.az