Yeni sport Toyota Crown sedanı təqdim olunub

Yeni sport Toyota Crown sedanı təqdim olunub

Keçən il Toyota şirkəti Toyota Crown sedanının 15-ci nəslini buraxıb və artıq onun xüsusi sport versiyasını təqdim edib. O, Toyota Crown Sport Style adlanır.

Toyota Crown Style-ın qara faraları, qara dekorativ elementləri və 18 dyümlük xüsusi alüminium təkərləri (maşın hərəkətdə olanda standart təkərlərlə müqayisədə onlar daha az səs edirlər) var. Banının bir neçə rəng variantı var.

Salonu qara rəngdədir. Oturacaqlarda qırmızı cizgi gözə dəyir. Ümumiyyətlə salonunda çoxlu qırmızı tonlar var və əsas qara rənglə eleqant vəhdət təşkil edir. Standart komplektasiyada oturacaqlar parça və süni dəri ilə örtülüb. Əlavə ödənişlə təbii dərili oturacaqları olan versiyanı da seçmək olar.

 

Mənbə: bizplus.az