İsrailli alimdən xəbərdarlıq:"SƏUDİYYƏYƏ DRON HƏMLƏSİ DİMONA REAKTORUNA HÜCUMUN MƏŞQİDİR"

İsrailli alimdən xəbərdarlıq:"SƏUDİYYƏYƏ DRON HƏMLƏSİ DİMONA REAKTORUNA HÜCUMUN MƏŞQİDİR"

Uzi Even

“Haaretz”, 06.10.2019

İranlıların Səudiyyə neft emalı zavodlarına etdiyi hücum, birbaşa və ya dolayı olaraq, təhlükəsizliyimizə birbaşa təsir göstərir. Bu sarsıntılar hələ də ictimaiyyət arasında geniş müzakirə olunmur, amma mən bəyan etmək niyyətindəyəm ki, İsrailİranın imkanlarını yenidən nəzərdən keçirməlidir.

1.Hücumda cəmi 20 kruiz raketi və dronundan istifadə edilib. Belə bir əməliyyat yüksək səviyyədə koordinasiya, real vaxt rabitəsi, naviqasiya və hədəf seçimi tələb edir.

İranlılar əvvəllər, bu ilin iyul ayında bir hərbi manevrdə çox sayda drondan (təxminən 50) istifadə etmək bacarığını nümayiş etdiriblər. Onlar modern Amerika PUA-sını ələ keçirərkən, onu vurub və ehtiyaclarına uyğun olaraq nüsxələməklə təsiredici qabiliyyətlərini də nümayiş etdirdilər.

Səudiyyə Ərəbistanında aşkarlanmış PUA-lar iranlıların (reaktiv mühərrikləri və əhəmiyyətli gizli imkanları ilə) dron istehsal etdiklərini və işlətdiklərini göstərir, yəni İsrailin bu sahədə imkanlarından geri qalmırlar.

2.Bu cəmləşdirilmiş bombardmanda on yeddi hədəf birbaşa vurulub. Hücum yerində olan 20 mərmi qalığı nəzərə alınsa, bu 85 faizlik müvəffəqiyyət dərəcəsidir, bu da istifadə edilən texnologiyanın çox yüksək qabiliyyət və etibarlılığını göstərir.

Müqayisə üçün, hədəflərin 60 faizi ABŞ-ın həyata keçirdiyi gəmi raket hücumlarında vurulub. Rusiyanın Suriyada İŞİD-ə raket zərbələri endirməsi nəticəsində bəzi raketlər səhrada istiqaməti itirib.

İran texnologiyası etibarlı və qabaqcıldır, onlar eyni vaxtda çox sayda dron və kruiz raketi istehsal və işlətməyə qadirdirlər.

3.Dron və kruiz raketlərinin birləşməsi (hədəfləri işarələmək üçün, son nişan alma və ya zərərin ölçülməsi üçün) hədəf nöqtələrini vurmaqda və bəlkə də qeyri-sabit hədəflərə vuruşda olduqca təsirli olub.

Fotolarda hücumda əldə olunan dəqiqlik göstərilir. Şəkildəki sferik qaz tankerlərinin hər biri mərkəzə düşüb. Şəkillər də həmlə dəqiqliyinin metr olduğu görünür. Bu, peyk idarəetməsi və ya əvvəlcədən hesablanmış yer trayektoriyasını təyin etməklə mümkündür.

4.Səudiyyə ordusunun labüd hücumu görməyi bacaran radar təyyarələri var, lakin onlar həmləni müəyyən edə bilməyib. Həm də Birləşmiş Ştatlar hücumun (İrandan və ya Yəməndən gələ biləcəyini) müəyyənləşdirməyə imkan verən əlamətləri aşkarlamayıb.

Bu faktlar iki şeydən birini ifadə edir: ya Səudiyyənin müdafiə sistemi sıradan çıxıb, ya da İran raketləri arasında əlaqə gizlədilib və onu aşkarlamaq çətindir.

Hər iki halda, hücum uğurlu və təsirli olub. Tez təmir edilə bilən vurulmuş qaz anbarlarına əlavə olaraq, emal qüllələri də məhv edilib. Səudiyyələrin iddia etdiyi kimi, saytı tam gücə qaytarmaq üçün bir neçə gün və ya bir neçə həftə çəkmir. Bu proses uzun sürəcək.

5.Bütün bunlar bizə necə təsir edir?

İranlılar və ya onların etibarlı şəxsləri, müəyyən hədəfləri çox dəqiqliklə və yüzlərlə kilometr məsafədən vura bildiklərini göstəriblər. İndi belə bir həmlə qarşısında həssas olduğumuzu qəbul etməliyik.

Bəli, biz də bu cür hücumları həyata keçirə bilərik və bəlkə də onlara böyük ziyan vura bilərik, amma nə fayda?

Rasional çəkindirmə həmişə Yaxın Şərqdə işləyirmi?

İnanıram ki, belə bir sübut edilmiş ehtimal qarşısında fərqli hazırlıqlar görməliyik.

Mən nə demək istəyirəm? Bir tərəfdən, Hayfadakı ammonyak çəninin əsasən boşaldılması çox yaxşıdır (buna 20 il sərf olunub). “Pi Glilot” yanacaq terminalının Təl-Əvivdən daha uzaqlaşdırılması yaxşıdır. Qaz və yanacaq çənlərini yeraltında basdırmaq da yaxşı olardı. Elektrik stansiyaları birbaşa zərbələrdən daha yaxşı qorunmalıdır. Hər şeydən əvvəl, əlbəttə, Dimona nüvə reaktorunun istismarı dayandırılmalıdır. Artıq onun həssas olduğu aşkarlanıb və ona vura biləcək zərər faydalarından çox ola bilər.

Qeyd: Uzi Even kimya professoru və Dimona reaktorunun banilərindən biridir.

Tərcümə: Strateq.az

Mənbə: strateq.az