ABŞ-ın pilotsuz təyyarəsini külək aparıb

ABŞ-ın pilotsuz təyyarəsini külək aparıb

ABŞ-ın “XQ-58A Valkyrie” (“Valkiriya”) pilotsuz təyyarəsini sınaq uçuşu zamanı külək aparıb.

Bu barədə “The Drive” ABŞ HHQ-ə istinadən yazır.

Nəşr bildirir ki, “XQ-58A Valkyrie”oktyabrın 9-da üçüncü sınaq uçuşunu həyata keçirirdi. Bir saatdan sonra güclü külək və bəzi nasazlıqlar sınağın uğursuz nəticələnməsinə səbəb olub. Belə ki, təyyarəni külək aparırdı və onun təhlükəsizlik yastıqları düzgün işləməyib.

“Nəticədə, pilotsuz təyyarə zədələr alıb”, - HHQ-nin hesabatında deyilir.

ABŞ HHQ-nin general-mayoru Vilyam Kuli bildirib ki, insidentə baxmayaraq, uçuş uğurla keçib və təyyarə qoyulan tapşırıqların öhdəsindən gəlib.

Mənbə: www.oxu.az