5G ORBİTAL PEYKLƏRİ MƏHV EDƏ BİLƏR

5G ORBİTAL PEYKLƏRİ MƏHV EDƏ BİLƏR

5G öncəki rabitə standartları ilə müqayisədə məlumatın ötürülməsi zamanı daha yüksək buraxıcılıq qabiliyyəti ilə təmin edən yeni mobil rabitə nəslidir. Böyük üstünlüklərinə baxmayaraq, İsveçrədə texnologiyanı insan orqanizminə potensial zərərli təsirinə görə qadağan etməyə çalışıblar. Çox vaxt olduğu kimi, təhlükə ən gözlənilməz tərəfdən gələ bilər: 5G texnologiyları standart tezlik düzümünə müəyyən dəyişiklik edə və meteroloji peyklərin yayım tezliyinə yaxın 24,25-25,23 QHrs-ə malik yüksək tezlikləri tuta bilər. Bununla əlaqədar gec-tez hava və iqlim proqnozlarından məhrum ola bilərik.

Tezliklərin əhatə dairəsi yaxın olduğu üçün meteoroloji peyklərə dəqiq hesabat aparmaq, hava şəraitini proqnozlaşdırmaq çətin olacaq. Ona görə Ümumdünya Meteorologiya Təşkilatı 5G peyklərinin tezliklərini 55 desibel azaldılmasını təklif edir. Amerika Federal Rabitə Komissiyası isə təkliflə razı deyil.

Meteoroloji peyklərin çoxuna planetdə dəniz və okeanların mikrodalğalı şüalanmasını ölçən, əvvəlcədən potensial qasırğaların meydana çıxma ehtimalını proqnozlaşdırmağa imkan verən radiometrlər quraşdırılıb. Peyk sistemləri effektiv fəaliyyət göstərməsə, qarşıdan gələn uraqanları proqnozlaşdırmaq qat-qat çətin olacaq. Meteoroloji proqnoz dəqiqliyi 30 il geriyə qayıdacaq.

Nəticə etibarilə, meteoroloji peyklərin dəqiq proqnoz verməsi üçün tezlik maneələrinin qarşısını almaq üçün bir yol tapmaq lazımdır. Böyük şirkətlər öz aralarında razılığa gəlib, nəinki insan sağlamlığını, eyni zamanda elmi qoruyub saxlamağa imkan verən kompromis əldə edə biləcəklərmi? Zaman göstərəcək.

Mənbə: www.xpressa.net