Sosial şəbəkələrdə kriptovalyuta haqqında rəylər

Sosial şəbəkələrdə kriptovalyuta haqqında rəylər

"Comparitech Limited" şirkətinin apardığı araşdırmaya görə, kriptovalyutalar və kriptovalyuta bazarı xəbərləri haqqında verilmiş şərhlərin 85,5% -i müsbətdir.

Analitiklərin fikrincə, ictimaiyyətin kriptovalyutalara münasibəti ümumilikdə pozitivdir. Baxmayaraq ki, kriptovalyutalar çox dəyişkəndir, həmçinin ötən il dəyəri azalan istiqamətdə dəyişib. Görünür, bir sıra nüfuzlu tənqidçilərin kriptovalyutalar haqqında mənfi rəy bildirməsi də insanların fikrinə təsir etməyib.

Milli.Az banco.az-a istinadən bildirir ki, Tədqiqatın məqsədi kriptoaktiv sənayesini əhatə edən müsbət və mənfi ictimai əhval-ruhiyyəni kəmiyyət cəhətdən ölçmək idi. Tədqiqat 2017-ci ilin yanvarından 2019-cu ilin iyulunadək Reddit forumu və kütləvi informasiya vasitələrindəki şərhlərin təhlilinə əsaslanır. "Reddit"də 48469 paylaşım və 48 beynəlxalq KİV-də yayımlanan 7500 məqalə təhlil edilib.

Nəticələrə əsasən 97,7% göstərici ilə Facebook kriptovalyutaları(Libra) liderliyi ələ keçirib. Növbəti yerlərdə isə Kardano (90,3%), Ethereum (88,7%) və Tron (87,4%) gəlir. Bitkoin 83,5% müsbət rəylə 6-cı yerdə qərarlaşıb.

Kriptovalyuta sferasındakı mühüm hadisələr ilə onlayn rəy və paylaşımların tezliyi arasındakı əlaqənin təhlili 5 vacib hadisəni aşkarladı:

 

Bitkoinin dəyəri 2017-ci ilin mart ayında qızılın dəyərini ötüb
Kriptovalyuta bazarının ümumi kapitalı 500.000 milyon dollara çatıb
2018-ci ilin noyabrından etibarən uzun müddət dəyər azalmağa doğru gedib
Bitkoinin məzənnəsi 2019-cu ilin fevral ayından etibarən yüksəlməyə başlayıb
2019-cu ilin iyun-iyul aylarında bitkoinin qiyməti 14 min dollara yaxınlaşdığı dövrdə "Facebook" Libra kriptovalyutasını buraxdığını elan etdi
Xatırladaq ki, iyun ayında "The TIE" analitik platformasının mütəxəssisləri kriptovalyutalar haqqında "tweet"lərin qlobal araşdırmasını aparıb. Nəticələr göstərib ki, bitcoin haqqında "tweet"lərin 59,8%-i müsbətdir. Libra barədə paylaşımların isə 54,8% -i mənfi xarakter daşıyır.

Milli.Az

Mənbə: news.milli.az