Rusiya koronavirusa qarşı peyvən prototipi hazırladı – Dünya yenidən ümidləndi...

Rusiya koronavirusa qarşı peyvən prototipi hazırladı –  Dünya yenidən ümidləndi...

Rusiyada koronavirusaqarşı peyvənd prototipi hazırlanıb.

Moderator.az rusmediasına istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Tatyana Qolikovaməlumat verib. Onun sözlərinə görə, iyun ayının 29-dan etibarən peyvəndinsanlar üzərində sınaqdan keçiriləcək.

Peyvəndin 60 könüllü üzərindətest edilməsi nəzərdə tutulur. Əgər test uğurlu alınarsa, o zaman bu,koronavirusun qarşısının alınmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, Rusiya dakoornavirusun yayılmaqda olduğu ölkələr sırasınadır. Bu baxımdan Kreml yetkililərihesab edir ki, virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə elanedilən sosial izolyasiya tədbirlərinin tarixi uzadılmalı, vətəndaşlar məlumyasaq və qadağalar ciddi şəkildə əməl etməlidir.

Seymur ƏLİYEV

Mənbə: moderator.az