Rus donanmasının ən təhlükəli gəmisi açıqlandı

Rus donanmasının ən təhlükəli gəmisi açıqlandı

“Admiral Naximov” Rusiyanın ən təhlükəli gəmisi seçilib.

Axar.az xəbər verir ki, bu barədə “Military Vatch” yazıb.

Məlumata görə, sözügedən gəmi 2021-ci ildə Rusiya Hərbi Dəniz Donanmasının silahlanmasına qəbul ediləcək.

“Admiral Naximov” gəmisi ən yeni qanadlı raketlər və HHM sistemləri ilə təchiz olunacaq. Gəmidə həmçinin yeni radioelektron mübarizə sistemləri, “Redut” və “Kortik” zenit raket kompleksləri quraşdırılacaq, əsas silahı isə “Çirkon” raketləri olacaq.

Mənbə: axar.az