Hindistan 5 Max sürətilə hərəkət edən hipersəs raketi hazırlayır

Hindistan 5 Max sürətilə hərəkət edən hipersəs raketi hazırlayır

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raketin hazırlanması Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatına (DRDO) həvalə edilib.

Hazırlanacaq raketin sınaqdan keçirilməsi üçün külək tuneli tələb olunur. Hindistanın yüksək rütbəli hərbçiləri bildiriblər ki, bu, yaxın vaxtlarda istifadəyə veriləcək.

Qeyd etmək lazımdır ki, 5 Max sürəti hipersəs silahları üçün minimum sürətdir. Mütəxəssislər hesab edirlər ki, hindlilər hipersəs raket sistemi istehsal etmək üçün “BrahMos” raket texnologiyasından istifadə etməyə çalışacaq.

Sevinc Əliyeva

Mənbə: ordu.az