Ryzen Threadripper üçüncü nəsil prosessorlarının təqdimat tarixi açıqlandı

Ryzen Threadripper üçüncü nəsil prosessorlarının təqdimat tarixi açıqlandı

Ryzen Threadripper üçüncü nəsil prosessorlarının mağazalarda ilk tədarüklərinin vaxtı və mövcudluğu barədə məlumat yayılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, üç yeni məhsulun, o cümlədən 64 nüvəli 3990X-in təqdim ediləcəyi gözlənilir.

Prosessorların istehsalçısı AMD şirkəti yeniliklərin təqdimat tarixini əvvəlcədən açıqlayıb. Anonsa görə, son çiplər 5 noyabrda nümayiş olunacaq. Bu nəsil haqqında hansısa əlavə məlumat tapmaq çətin olacaq, çünki noyabrın 19-dək materialları və test nəticələrini yaymaq qadağan olunub. Həmin gün Ryzen Threadripper çipləri satışa çıxarılacaq.

Çiplər aşağıdakı arxitektura ilə təmsil olunur:

Threadripper 3960X - 24 nüvə, 3970X - 32 nüvə, 3980X - 48 nüvə, 3990X - 64 nüvəyə sahibdir.

Milli.Az

Mənbə: news.milli.az